AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏRHƏD XİDMƏTİ
Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci
ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda yaradıcılıq müsabiqəsi
ELAN EDİR
Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyətimiz üçün sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətənimizin müqəddəs sərhədlərinə hörmət ruhunda tərbiyə olunması və sərhədçi pеşəsinə marağın artırılmasıdır.
Müsabiqə Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin misilsiz qəhrəmanlıq mövzusunu özündə əks etdirən mahnı, dekorativ-tətbiqi sənət (bədii tikmə, toxuma, əlvan metal üzərində döymələr, taxta üzərində oyma və yandırma işləmələri), təsviri sənət (rəngkarlıq), bədii ədəbiyyat (şeir, hekayə), qəzet məqaləsi və inşa yazısı nominasiyaları üzrə keçirilir.
Müsabiqənin şərtləri:
Müsabiqəyə təqdim edilən bütün əsərlər və əl işləri müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2021-ci il iyun ayının 30-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edilməlidir (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30).
Təqdim olunan bütün əsərlərdə (əl işlərində) Azərbaycan Sərhəd Mühafizəsi tərənnüm edilməli, əsərlər (əl işləri) müsabiqəyədək heç bir yerdə çap, nəşr və nümayiş etdirilməməlidir.
Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Mətbuat Şurasının nümayəndələrindən ibarət komissiya yaradılır, komissiya hər nominasiya üzrə 3 (üç) ən yaxşı əsəri seçir və qalibləri müəyyən edir.
Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində elan ediləcəkdir.
Müsabiqə ilə bağlı yaranmış suallarla iştirakçılar hərbi hissələrin şəxsi heyət üzrə şöbələrinə və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə müraciət edə bilərlər. Elanın tam mətni Dövlət Sərhəd Xidmətinin dsx.gov.az saytında yerləşdirilmişdir.
Telefon: (012) 498-01-29
(012) 498-01-55
Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:
Mahnı müsabiqəsi üzrə:
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.
Dekorativ-tətbiqi sənət üzrə:
(Bədii tikmə və toxuma)
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.
Dəmir (əlvan metal) üzərində döymələr
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.
Taxta üzərində oyma və yandırma
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.
Təsviri sənət üzrə:
(Rəngkarlıq)
I yer – 1-ci dərəcəli diplom və 700 (yeddi yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 600 (altı yüz) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı.
Bədii ədəbiyyat üzrə:
(Şeir)
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.
Hekayə
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.
Qəzet məqaləsi üzrə:
I yer – 1-ci dərəcəli diplom və 400 (dörd yüz) manat pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 350 (üç yüz əlli) manat pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) manat pul mükafatı.
İnşa yazısı üzrə:

Müsabiqə iştirakçısının anketi (nümunə)
__________________________________________________________________________
(soyadı, adı, atasının adı)
Doğum tarixi (gün, ay, il) və yeri________________________________________________
Təhsili ____________________________________________________________________
İş yeri, vəzifəsi ______________________________________________________________
Ünvan, telefon (ev, iş, mobil) ___________________________________________________
___________________________________________________________________ ___________________________________________________________________
(əsərin adı)
İşi təhvil verdi: ______________________________________________________________
İşi təhvil aldı: _______________________________________________________________