Oğurluq üstündə tutuldu, başqa cinayətləri də üzə çıxdı

2 Aprel 2021 13:03 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş R.Əhmədovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş R.Əhmədovun ətrafında Salyan RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 evdən 400 manat dəyərində məişət əşyaları, 2 mağazadan pul, 2 ədəd noutbuk, 15 ədəd mobil telefon, 30 ədəd səsgücləndirici, velosiped, elektron tərəzi və meyvə-tərəvəz oğurlaması da müəyyən edilib.