Çox insan soğanı pis qoxuya səbəb olduğu üçün istifadə etmir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, möcüzəvi bir qida olan soğanın dəri sağlamlığından fitnesə qədər bir çox faydası var. Bəs daha çox soğan istehlak etsək bədənimizdə nə baş verir? Bilməli olduğumuz bir çox məqamlar var ...
1.Həzmi asanlaşdırır
Soğan həzmi artıran liflə dolu bir qidadır. Bağırsaqlarda faydalı bakteriyaları da artırır. Bu da həzmi asanlaşdırır.
2. Dərini gözəl edir
A, C və E vitaminləri ilə zəngin olan soğan, parlaq və gözəl dəriyə sahib olmağa imkan verir. Sızanaqları azaldır. Araşdırmalara görə, soğandan alınan jel sızanaqları azaltmağa kömək edir.
3. Antioksidanları artırır
Soğan bədənimiz üçün faydalı olan 25 fərqli antioksidana sahibdir. Antioksidanlar hüceyrələrin zədələnməsinin qarşısını alaraq yaşlanmanı gecikdirir.
4.Sümük sağlamlığı üçün faydalıdır
Araşdırmalar soğan istehlakının sümük sıxlığına müsbət təsir etdiyini göstərir. Bir ay ərzində hər gün soğan yeyən insanların sümük sıxlığı, yeməyənlərə nisbətən yüzdə 5 daha yüksəkdir.
5. Xolestrol səviyyəsini azaldır və ürək sağlamlığı üçün faydalıdır
Zəngin antiinflamatuar xüsusiyyətləri olan soğan, xolesterolu da azaldır. Xolesterol səviyyəsinin aşağı olması ürək sağlamlığı üçün də faydalıdır. Həm də ürək-damar xəstəlikləri riskini azaldır.
6.Ağız və göz sağlamlığı üçün yaxşıdır
Ağızdakı pis bakteriyaları öldürən soğan antimikrabik xüsusiyyətləri ilə dişləri də gücləndirir. Eyni zamanda, kataraktla mübarizə aparır və göz sağlamlığı üçün vacib bir maddə olan "guercetin" ehtiva edir.
7. Yuxu keyfiyyətini artırır
Kolorado Universiteti tərəfindən aparılan araşdırmalarda soğan istehlakının yuxu keyfiyyətini artırdığı ortaya çıxıb. Soğanın içərisində bağırsaq üçün stresdən azad edən faydalı liflər də vardır.
Ayşən Sadıxzadə