Ermənistanın atdığı “İskəndər” raketlərinin qalıqları - FOTOLAR

2 Aprel 2021 10:30 (UTC+04:00)

Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi "İskəndər” raketlərinin qalıqları nümayiş edilir. SİA-nın məlumatına görə, "İskəndər” raketlərinin qalıqları "Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqları aşkarlanıb.