Parlaq dəri və yüngül makiyaj 2021-ci ilin makiyaj trendlərində öz yerini alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, pomada əvəzinə dodaq qələmi və ya mat məhsullara üstünlük verilməli olduğunu ifadə edən makiyaj sənətçisi Ezgi Fındık, qadınlara makiyaj trendləri ilə bağlı əhəmiyyətli ipucları verib.
Sadə və baxımlı görünmək
Maska ilə yaşamağın makiyaj sahəsinə dəyişiklik gətirdiyini söyləyən Fındık, şişirdilmiş makiyaj şəkillərinin artıq moda trendi olmadığını və daha sağlam, sadə, baxımlı görünməyin yeni trend olduğunu vurğulayıb.
Yanaqlarda canlılıq, kirpiklərdə sıxlıq
Rihanna ilə əməkdaşlıq edən Ezgi Fındık, canlı parlaq yanaqlar və sıx kirpiklərin də dəb olduğunu deyib.
Makiyaj trendləri
Üzü təmiz saxlamağın və ağır məhsullardan istifadə etməməyin vacib olduğunu deyərək makiyaj sevənlərə tövsiyələr verən Fındık, maskalarla nəfəs almayan dəriyə diqqət göstərilməli olduğunu və təkliflərini sıraladı:
Pudralardan uzaq durmalı və maye quruluşlu məhsullara üstünlük verilməlidir. Canlı görünmək üçün yanaqları və dodaqları yüngül şaftalı ya da çəhrayı tonlarında məhsulla rəngləndirə bilərik.
Pomada əvəzinə dodaq qələmi və ya mat məhsullar seçə bilərik. Bu zaman pomada maska ilə təmas quraraq dağılmaz.
Makiyajınızı çıxardıqdan sonra üzünüzü yüngül bir pilinq ilə yuya bilərsiniz. Üzümüzü təmiz saxlamaq və ağır məhsullardan istifadə etməmək çox vacibdir. İki həftədən bir isə dəriyə qulluq etmək lazımdır.
Ayşən Sadıxzadə