Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində xanəndə ixtisası üzrə təhsil alan şagirdlər Miyasə Qədirova (12-14 yaş qrupu) və Riyad Səlimov (15-17 yaş qrupu) İtaliyada keçirilən "The Song" beynəlxalq onlayn müsabiqədə iştirak ediblər.
İdarədən SİA-ya bildirilib ki, şagirdlər “Folklor vokal musiqisi” nominasiyası üzrə birinci yerə layiq görülüblər.
Müsabiqədə Miyasə Qədirova "Yar sənin", Riyad Səlimov isə "Durna" Azərbaycan xalq mahnılarını ifa ediblər.