Qamburger bişirərkən edilən ən böyük səhvlər BƏLLİ OLDU

1 Aprel 2021 14:45 (UTC+04:00)

Qamburger bişirmək taktikalarını bilirsinizsə, evdə restoranda yediyiniz qamburgerdən daha ləzzətli bir şey əldə edə bilərsiniz. Evdə burger hazırlamağın ən böyük sirri köftədir. Hazır almaq əvəzinə, özünüz etsəniz bu, qamburgerə ləzzət qatacaq. Ən vacib məsələ köftəni manqalda və ya tavada bişirmədən əvvəl ətin otaq istiliyinə gəlməsini gözləməkdir. SİA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hazır köftə almaqla vaxtınıza qənaət etsəniz də, əslində bu hamburgerin ləzzətini pozan ən vacib amillərdən biridir.

Köftəni hazırlayarkən çox yağlı və ya yağsız ətə üstünlük vermək də səhvdir. Çəkilmiş ətin yağlılığı 30 faiz olmalı və yaxşı yoğrulmalıdır. Bir çox insan çəkilmiş ət saxlamaq üçün yumurta və ya çörək qırıntılarından istifadə edir. Bu da yalnışdır.

Köftəyə ədviyyat qatmaqdan çəkinməməlisiniz. İstədiyiniz qədər bol ədviyyat qoyun. Xörək düzü əvəzinə daş duz istifadə edin ki, daha ləzzətli olsun.

Ətə şəkil verərkən lazım olan ən vacib məqam bişdikdə həcmini itirməsidir. Bu səbəblə çiy halda normal ölçülü görünən kotlet bişdikdə kiçik görünür.

Qamburger köftələrini bişirərkən üzərinə basmayın. Köftəyə basmaq, tərkibindəki maddələrin su buraxması deməkdir.

Ət qədər istifadə olunan çörəkdə böyük əhəmiyyətə malikdir. Yumşaq və qabıqlı çörək ən yaxşı seçimdir.

Çörəyin tərkib hissələrini birləşdirərkən edilən səhvlərdən biri də köftələri birbaşa çörəyin üzərinə qoymaqdır. Əvvəlcə kahı, daha sonra köftə qoyulmalıdır.

Qamburger edərkən ona istədiyiniz hər şeyi əlavə etmək də edilən səhvlərdən biridir. Bu zaman o qamburger yox, qarışıq kumpir olacaq.

Ayşən Sadıxzadə