Rusiyanın məşhur “Yandeks.Dzen” platforması Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyəti haqqında məlumata geniş yer ayırıb. SİA-nın məlumatına görə, platformada Mərkəzin, əsasən Rusiya ictimaiyyəti üçün maraqlı olan tərcümə və nəşr layihələri, bu sıradan tanınmış rus yazıçıları – Leonid Andreyevin “Uçuş”, Şolom–Aleyxemin “Seçilmiş əsərləri”, görkəmli teatr və kinorejissorları – Vsevolod Meyerholdun “Seçilmiş əsərləri”, Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabları barədə məlumatlar ışıqlandırılıb.
Qeyd edək ki, “Yandeks.Dzen” platforması 50 milyon oxucu auditoriyası tərəfindən izlənilir.