Futbol üzrə Belarus milli komandasından antirekord

1 Aprel 2021 06:34 (UTC+04:00)

Belarus milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Belçika yığmasına uduzub.

SİA xəbər verir ki, 0:8 hesabıyla bitən görüş Belarus millisi üçün antirekordla əlamətdar olub.

Belə ki, Belçikaya darmadağın milli tarixinin ən böyükhesablı məğlubiyyəti olub.

Bundan əvvəl Belarus yığmasınıın ən böyükhesablı məğlubiyyəti 2003-cü ildə Avstriya ilə matçda olmuşdu. Milli komanda həmin qarşılaşmada 0:5 hesabıyla uduzmuşdu.