Şuşaya çəkilən yolun 200 min kvadratmetr ərazisi minalardan təmizlənib ANAMA FOTO

31 Mart 2021 11:31 (UTC+04:00)

Füzulidən Şuşaya çəkilən yolda 200 min kvadratmetr ərazidə sahə minalardan təmizlənib.

SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədəd Məmmədov deyib.

O qeyd edib ki, sözügedən ərazilər Füzuli rayonunun Alxanlı və Seyidəhmədli kəndində yerləşir:

“Təmizləmə nəticəsində 207 ədəd tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina və 5 ədəd partlamamış silah-sursat aşkarlanaraq zərərsizləşdirilib”.