Fotoqraflar arasında beynəlxalq fotomüsabiqə elan olunub

31 Mart 2021 12:25 (UTC+04:00)

Florida Foto Sənəti Muzeyi fotoqraflar arasında fotomüsabiqə elan edib. SİA-nın məlumatına görə, qaliblər incəsənət və fotoqrafiya üzrə ixtisaslaşmış münsiflər heyəti tərəfindən seçiləcək.

Fotoşəkillər orijinallığı, texniki mükəmməlliyi, kompozisiyası, ümumi təsiri, bədii mahiyyəti və münsiflərin digər meyarları əsasında qiymətləndiriləcək. Hər kateqoriya üzrə üç qalib seçiləcək. Ümumi qalib isə bütün təqdim olunan fotoşəkillər arasından seçiləcək. Hər qalibin işi çap olunaraq Florida Foto Sənəti Muzeyinin İcma Qalereyasında baş tutacaq sərgidə nümayiş olunacaq.

Qalib gələn şəxs 1 min ABŞ dolları məbləğində pul mükafatı alacaq.