“Nizami Gəncəvi yaradıcılığında sənət və sənətkarlar”

31 Mart 2021 12:16 (UTC+04:00)

Aprelin 2-də Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın iktirakı ilə “Nizami Gəncəvi yaradıcılığında sənət və sənətkarlar” adlı mühazirə təqdim olunacaq.

Xalça Muzeyindən SİA-ya bildirilib ki, mühazirədə dahi şairin müxtəlif sənət sahələrinin özünəməxsus cəhətlərinə dair fikirlərindən və bu sənəti yaradan insanlara verdiyi dəyərdən bəhs olunacaq.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər.