Hərbi qulluqçu göldə boğularaq ölüb - Müdafiə Nazirliyi

31 Mart 2021 10:18 (UTC+04:00)

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.