Hamiləlik dövründə ananın həyatı körpənin zəkasından tutmuş, yuxusuna və xarakter xüsusiyyətlərinə qədər təsir göstərir. SİA-nın Türkiyə mətbuatına istinadən paylaşdığı məlumata görə, Uşaq inkişafı mütəxəssisi Gökçe Gülen Akçin hamiləlik dövründə qadınların həyat keyfiyyətinin uşağın sağlamlığı üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib.
Onun sözlərinə görə, qadına qarşı məişət zorakılığı fiziki, cinsi, psixoloji, iqtisadi və emosional travma hamiləlik zamanı körpəyə də mənfi təsir edir. Bunun xüsusilə, beyində zərərli təsirlərə səbəb olacağı bilinir:
1. Gərginlik
Stresli hamilə qadınların körpələri də streslə dünyaya gözlərini açır. Tədqiqatlar, istismarın hamilə qadınlara zərərli təsirlərini açıq şəkildə göstərir. Amerikadakı elm adamları tərəfindən aparılan neyrobioloji araşdırmalara görə, ailə münaqişələri və hamiləlik dövründə şiddətə məruz qalma ananın stres hormonu səviyyəsini artırır. Yeni doğulmuş körpələrin streslə əlaqəli yüksək hormonlarla doğulduğunu və bunun zərərli təsirlərə səbəb olacağını göstərir. Bu uşağın uzun müddətli, inkişaf edən bədəninə, xüsusilə də, beyin və duyğusal inkişafına təsir edə bilər.
2. Şiddət
Araşdırmalara görə, hamiləlik dövründə şiddətə məruz qalan qadınların körpələrində aşağı çəki, erkən doğuş və komplikasiyalar nisbətində daha yüksək olduğu görülür.
3. Təhlükəsizlik
Hamiləliyin ilk mərhələsində yaşanan stresin anada olan mikroblara, normal doğuş zamanı körpəyə və onun immunitet sisteminə, bağırsaq mikrobiomunda ciddi dəyişikliklərə səbəb olduğu deyilir.
4. Yuxu və qidalanma çətinliyi
Zəif ailə funksiyası, valideynlərin sərt mübahisələri körpə doğulandan 6 ayına qədər ona təsir edə bilər. Belə körpələrdə fiziki xəsarət, yuxu və yemək çətinliyi, digər uşaqlara nisbətən, stres pozuqluğu, gec idrak və fiziki inkişaf kimi risklərlə daha çox olur.
5. Depressiya
Depressiyaya düşən və narahat hamiləlik vəziyyəti olan qadınların uşaqlarında daha çox narahatlıq, təcavüz, yuxu problemləri, özünə inamsızlıq və hörmət, zehni inkişaf, emosional davranış pozğunluqları çoxdur.
Ayşən Sadıxzadə