Dünyadakı 8 milyon heyvan və bitki növündən təxminən 1 milyonu əsasən insan fəaliyyətinə görə yox olmaq təhlükəsi ilə üzləşib. Dünya Vəhşi Təbiət Fondu suda-quruda yaşayan növlərin yüzdə 40-dan çoxunun, resif əmələ gətirən mercanların demək olar ki, yüzdə 33-ünün və dəniz məməlilərinin üçdə birindən çoxunun yoxolma riski olduğunu açıqlayıb. SİA-nın araşdırmasına görə, 16-cı əsrdən bəri ən az 680 onurğalı növün məhv olduğunu bildirən təşkilat, BMT-nin Davamlı İnkişaf Məqsədləri, Paris Sazişi və Konvensiyası kimi yol xəritələri sayəsində təbiətin həyat tərzinin və bioloji müxtəlifliyin qorunmasında yeni addımlar atacağına ümid edir. Digər tərəfdən, bir zamanlar nəsli kəsildiyi düşünülən bəzi növlərin hələ də canlı olduğu ortaya çıxıb. Budur həmin o “möcüzə heyvanlar”;
Fil Siçovulu
Somali fili siçovulu olaraq da bilinən heyvan “Global Wildlife Conservation” təşkilatının "Ən çox axtarılan 25 itirilmiş növ" siyahısında idi.
Duke Universitetinin yayımladığı araşdırmaya görə, yerli əhali siçan boyda heyvanın varlığından xəbərdar olsa da, onların ümumi populyasiyası barədə heç bir elmi məlumat qeydə alınmayıb. Lakin keçən il sözügedən heyvan təxminən 50 il sonra Afrika Buyunuzunda, Somali, Cibuti və Efiopiya da daxil olmaqla geniş bir ərazidə tapılıb. Mütəxəssislər 12 fil siçovulunun sağlam və xoşbəxt yaşadıqlarını ifadə ediblər.
Nəhəng Fernandina Tısbağası
Canlı bir Nəhəng Fernandina Tısbağası son dəfə 1906-cı ildə görülüb. Beynəlxalq Təbiəti Qoruma Birliyi də tısbağanı nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib.
Bununla birlikdə, Ekvador Ekologiya Nazirliyi tərəfindən 2019-cu ildə verilən açıqlamada Galapagos Milli Parkı və Galapagos Qoruma Təşkilatı tərəfindən edilən ortaq kəşf əsnasında 100 yaşından yuxarı olduğu düşünülən dişi bir Nəhəng Fernandina Tısbağasının diri tapıldığı elan edilib.
Nəhəng ağac xərçəngi
Düz 3 il əvvəl 100 il əvvəl nəsli kəsildiyi düşünülən Avstraliya böcəyinin Avstraliyanın Lord Howe adasında hələ də canlı olduğu müəyyən edilib.
Nəhəng ağac xərçəngi olaraq bilinən böcəklərin sürüsü təxminən bir əsr əvvəl ada yaxınlığında batan gəminin qalıqlarından çıxan siçovulların yayılması ilə adaya düşüb. İllərdir ağac xərçəngləri rast gəlinmədiyindən 1980-ci illərdə nəsli kəsilmiş olaraq təsnif edilib. 2018-cı ildə isə Avstraliyada vulkanik qalıqlardan yaranmış "Balls Pyramidası" adasını əhatə edən ağacların başında yaşadıqları görülüb.
Kolekant balığı
Kolekant balığının nəslinin tükənmədiyinin kəşfi 20-ci əsrin ən vacib heyvan kəşflərindən biridir. Çünki sözügedən balığın təxminlərə görə dinozavrlardan əvvəl mövcud olduğu düşünülür.
Yenidən kəşf edilmədən əvvəl Kolekant balığının bilinən yeganə varlığı 65 milyon illik fosil qeydlərində idi. Lakin 1938-ci ildə Cənubi Afrikalı müzeyşünas balıqçıların qəribə kəşflərini tədqiq etmək üçün çıxdığı səfərlərindən birində “dinozavr balığa” rastladığını bildirib. İkinci bir kolekant da 1997-ci ildə İndoneziyada tapılıb.
Hazırda isə balıqların okean dibində yaşadıqları və saylarının 230-650 arasında olduğu təxmin edilir.
Xəzər atı
Kiçik Mesopotamiya atlarından olan, eyni zamanda dünyanın ən qədim at və ya poni növlərindən biri olduğuna inanılan Xəzər Atı Amerika doğumlu İran əsilli at yetişdiricisi Luiz Firuz tərəfindən atçılıq mərkəzində uşaqları müşaiyət edəcək poni axtararkən İran dağlarında kəşf edilib.
Əvvəlcə bir poni olduğu düşünülən Xəzər Atı Firuzun diqqəti sayəsində at arabası çəkməkdən xilas edilərək yetişdirilməsi təmin edilib. İndi nadir at cinslərindən biri olan Xəzər Atından dünya miqyasında minlərlə olduğu bildirilir.