Bakının Sabunçu rayonunda avtomobil yoldan çıxaraq aşıb

28 Mart 2021 02:41 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

“Lada” markalı avtomobili idarə edən sürücü Cəsarət Şirvanzadə sükana nəzarəti itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və sərnişin Sevda Alışanova ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.