“Volkswagen” şirkəti ABŞ bazarındakı 153 mindən çox avtomobilini geri çağırır

27 Mart 2021 23:20 (UTC+04:00)

Almaniyanın “Volkswagen” avtomobil şirkəti ABŞ bazarındakı 153 152 sayda avtomobilini təhlükəsizlik yastıqları ilə əlaqədar geri çağırır.

SİA "Reuters"ə istinadən xəbər verir ki, şirkət əsasən 2015 – 2020-ci illərdə istehsal olunan “Audi A3” modellərində nöqsanların ola biəcəyini bəyan edib.

Qeyd edilib ki, mayın 21-dək adıçəkilən avtomobil sahibləri ilə əlaqə saxlanılacaq.