“Bahar gəlir” FOTOLAR

24 Mart 2021 11:50 (UTC+04:00)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Filarmoniyadan SİA-ya bildirilib ki, “Bahar gəlir” adlı konsert Novruz bayramı münasibətilə reallaşıb.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət etdiyi konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları olan ifaçılar çıxış ediblər.

Konsert çərçivəsində bir sıra xalq mahnısı və tanınmış Azərbaycan bəstəkarlarının əsərləri səsəndirilib.