ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) mütəxəssisləri keçən il yanvarın 25-də Filippin dənizinin dibindən batan patrul helikopterini 5 814 metr dərinlikdən çıxararaq rekordu yeniləyiblər.
SİA xəbər verir ki, bu barədə “Defense Brief” xəbər portalı məlumat yayıb.
“MH-60S” helikopterinin çıxarılması əməliyyatı keçən həftənin sonunda Yaponiyanın Okinava adasının sahilindən 150 km şərqdə baş tutub.