Almaniyada karantin müddətinin uzadılması barədə Merkel açıqladı

23 Mart 2021 12:18 (UTC+04:00)

Alman səlahiyyətliləri karantinanı 18 aprelə qədər uzatmaq niyyətindədirlər və məhdudlaşdırıcı tədbirlər 1 apreldən 5 aprelə qədər gücləndiriləcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel söyləyib.

Qeyd edək ki, mövcud məhdudiyyətlər 28 marta qədər etibarlıdır. Kanslerin sözlərinə görə, ölkədə pandemiyanın üçüncü dalğası başlayıb və koronavirusun "İngilis ştammı" da var, hansıki, vəziyyətə təsir göstərir.

Xatırladaq ki, 1 apreldən 5 aprelə qədər Almaniyada "evdə otururuq" prinsipi fəaliyyət göstərəcəkdir. 100 min əhaliyə düşən yeni infeksiya hadisələrinin sayı artarsa, bu bölgədə məhdudlaşdırıcı tədbirlər sərtləşdiriləcəkdir.
Bu il Pasxa üçün tədbirlərin, iclasların belə hətta onlayn keçirilmələri tələb olunur.