“Twitter” mikrobloqlar şəbəkəsinin qurucusu Cek Dorsi tərəfindən 2006-cı ildə yazılmış ilk paylaşım onlayn auksionda təxminən 3 milyon dollara satılıb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərrac evinin “Twitter” səhifəsində bildirilib.
Keçən ilin dekabrında C.Dorsi ilk paylaşımını – “Sadəcə öz “Twitter”imi qururam” mesajını – satmağa qərar verib. Bu qərar əvvəlcə ictimaiyyətin diqqətini çəkməmişdi. Ancaq Dorsi paylaşımın satışa çıxarıldığı “Valuables” onlayn-hərracın linkini “Twitter”də yerləşdirdikdən sonra qiymət sürətlə artmağa başlayıb.
Dorsi hərracdan əldə etdiyi gəliri xeyriyyəçiliyə sərf edəcəyini bəyan edib.