Messi "Barselona"da oynadığı oyun sayına görə yeni rekorda imza atıb

22 Mart 2021 04:34 (UTC+04:00)

"Barselona" futbol klubunun Argentinalı hücumçusu Lionel Messi Kataloniya klubunda oynadığı oyun sayına görə yeni rekorda imza atdı.

SİA-nın məlumatına görə, L.Messi İspaniya Çempionatının 28-ci turunu çərçivəsində "Real Sosyedad" ilə səfər matçında "Barselona"nın start heyətinə oyuna daxil olub.

Beləliklə, 33 yaşlı futbolçu 768-ci oyuna çıxıb. Əvvəlki rekord "Barselona" nın keçmiş yarımmüdafiəçisi Xaviyə məxsus olub (767 oyun).