ABŞ İranla viza rejimini yüngülləşdirib

21 May 2011 11:20 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı viza rejimini yüngülləşdirmək niyyətindədir. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, viza rejimindəki yeniliklər ABŞ-a mübadilə proqramları ilə dəvət olunan şəxslərə və iranlı tələbələrə tətbiq olunacaq.

Müvafiq ənədlərə malik olan insanlar iki il müddətində ABŞ sərhədini bir neçə dəfə keçə biləcəklər: "Əvvəllər onlara 3 ay ərzində qüvvədə olan bir dəfəlik ABŞ giriş vizaları verilirdi. İndi isə bu şəxslər iki illik çox dəfəlik vizalar əldə edəcəklər".