Masazırda 3 otaqlı ev yandı
20 Mart 2021 10:03 (UTC+04:00)
Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. SİA FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.