1980-ci illərin şişirdilmiş modasından sonra 90-cı illərdə bir az daha sadələşmə və rahatlıq hiss olunub. Doğrudur, rənglər hələ də canlıdır, lakin 80-ci illər qədər parlaq və şişirdilmiş deyil. Trendlər ən çox danışılan mövzulardan biridir. Qidalanmadan dəbə, texnologiyadan gözəlliyə qədər bir çox sahəni trendlər formalaşdırır. SİA olaraq 90 və 21-ci illərin dəbini müqayisə edərək araşdırdıq.
1990-cı illərin rəng modası
- 90-cı illər hər mənada qarışıq ruha sahib olan canlı rənglərlə dolu bir dövr idi və bu vəziyyət saçdan geyimə, aksessuardan makiyaja qədər dəyişirdi. Bir sözlə, hər şey rəngli və göz oxşayan, canlı tonlarda idi. Bu dövrü modanın ən rəngarəng illəri adlandıra bilərik. Neon rənglər məsələsində də ən iddialı birləşmələr yenə bu illərə aiddir.
1990-cı illər dəbinin ümumi xüsusiyyətləri
- Yüksək belli, pijama tipli, bol, yanları zolaqlı, kaprilər və bağban şalvarları
-Böyük, dəri gödəkçələr və aksessuarlar, saçaq detalları
-Çiçəkli paltarlar
-Əlavə naxışlar və zolaqlı köynəklər
-Qısa topiklər
-Çox qatlı, mini və qırışıq ətəklər
-Cırıq cinslər
-Açıq qarın və çiyinlər
-Parlaq fosforlu paltarlar
-Papaqlı sviterlər
1990-cı illərin ayaqqabı modası
-Tırtıl çəkmələr
-Postals / hərbi çəkmələr
-Rəngli platformlu topuqlu çəkmələr
-Motosikl botları dediyimiz çəkmələr
-Ağ ayaqqabı və işıqlı idman ayaqqabısı "Jelly" adlanan rəngli sandaletlər
1990-cı illərin saç modası
-Cennifer Enistonun saç düzümü
-Kişilərdə uzun saç stili
-Tamamilə dağınıq dalğalar və yuxarıdan yığılmış qalın elastik saçlar
1990-cı illərin makiyaj modası
-Şişirdilmiş və rəngarəng makiyaj
-Tünd dodaq boyaları
1990-cı illərin aksessuar modası
-Çiyin və bel çantaları
-Yaxalı boyunbağılar (gerdan)
-Zəncirli pulqabılar
-Bandanalar
1990-cı illərin gəlinlik dəbi
-80-ci illərin ekstravaqant modasından sonra sadə, minimalist bir dövr başlayıb. 90-cı illərdə duvaqla birlikdə çiçəkli saç sancaqları taxmaq da moda olub. Gəlin tacı bu dövrdə olduğu kimi populyar deyildi. Krujeva və muncuq nadir hallarda və ya heç istifadə olunmurdu. Qabarıq gəlinliklər çox yayılmış olsa da, gəlinliyin üst hissəsi daha sadə olub, parçanın önə çıxdığı modellərə üstünlük verilib. "Satenlər" və "tafta" adlı parçalar çox məşhur parçalardan idi. 80-ci illərdə qabarıq çiyinləri enmiş, düz görünüşlər ortaya çıxmışdı.
1990-cı illərin ən məşhur stilistləri
-Musiqi dünyasından olanlar: Spice Girls, Mariah Carey, Gwen Stefani, Britney Spears, Christina Aguilera, Mandy Moore, Jessica Simpson
1990-cı illərin kino dünyasının şedevrləri
-Drew Barrymore, Jennifer Aniston, Gwyneth Paltrow, Sarah Jessica Parker, Julia Roberts
1990-cı illərin podyumun məşhurları
-Kate Moss, Cindy Crawford, Claudia Schiffer, Naomi Campbell, Helena Christensen, Linda Evangelista, Christy Turlington, Elle Macpherson, Heidi Klum, Milla Jovovich, Rebecca Romijn,Laetitia Casta, Tyra Banks, Eva Herzigová, Adriana Karembeu
Yeni ilə gəldikdə, trendlər də dəyişir. İndi isə 2021-in baxım və moda trendlərinə nəzər yetirək.
3D dəriyə qulluq maskası
-3D maska baxımı son iki ildə çox populyar olaraq bir çox mükafat qazanıb. Dünyaya yeni konsepsiya və yanaşmalar gətirmək həmişə çətin olub. Krem maskaların əvəzinə üz cizgilərini əhatə edən 3D maskalar da zaman keçdikcə populyarlığını itirməyə başladı. 2021-ci ildə 3D maskaları texnologiya ilə olan müalicələr əvəz edib.
Şampundan əvvəl qulluq
-Bəzi insanların saçlarına xərclədiyi vaxt və pul inanılmazdır. Xüsusilə bir çox qadın üçün saç baxımı çox önəmlidir. Əsrlər boyu qadınlar saçlarına və saç baxımına böyük əhəmiyyət veriblər. Qədim dövrlərdə insanlar saçlarını daha da gözəlləşdirmək üçün müxtəlif yağlardan, otlardan, gil məhsullarından və xüsusi qarışımlardan istifadə ediblər.
Köhnəlmiş qırmızı dodaq boyası
-Taxta qırmızı pomadanın 2020-ci ildə makiyajda görünəcəyi gözlənilirdi. Ancaq pandemiya bu fərziyyəni alt-üst edib. Tibbi maskalardan istifadə zərurətə çevrildiyi üçün qırmızı dodaq boyası da populyarlığını itirib. Araşdırmalara görə, tibbi maskalar makiyaj şəklini tamamilə dəyişdirib. Makiyajdakı tək diqqət mərkəzi maskadan görünən gözlərdir.
2021-ci ildə sağlamlığınıza investisiya qoyma trendi
-2021-ci ildə pandemiyanın təsiri bir müddət davam edəcək. Bu səbəblə evimizin xaricində maska taxmağa davam edəcəyik. Hamımız bilirik ki, maskalar dərimizin kifayət qədər oksigen ala bilməməsi, tər, qara nöqtə, sızanaq, qıcıqlanma, quruluq və qızartı səbəbiylə məsamələrin tıxanmasına səbəb olub. Bu səbəblə dəri tipinizi analiz edəcək vasitələrə maliyyə vəsaiti qoymaq ən vacib amillərdən biridir.
2021 trend rəngləri
-"Pantone" 2021-ci il üçün "İşıqlandırıcı" və "Ultimate Grey" rənglərini seçib. Parlaq, canlı sarı rəngə boz əla yaraşar. Alış-veriş edərkən bu rəngləri seçməkdən çəkinməyin, çünki, bu ilin trendidir.
Gümüş aksessuarlar
-Bu mövsümə qədər gördüyümüz sarı və bürünc tonları buraxıb, gümüşə keçid edirik. Müxtəlif rənglərdə aksessuar taxmağın vaxtının gəldiyini düşünürsənsə, gümüş rəngini istədiyin kimi istifadə edə bilərsən. Sırğalar, boyunbağılar, üzüklər, biləklər, bədən zəncirləri və bir çox gümüş trenddən faydalana bilərsiniz.
Böyük çəkmələr
-Görünüşünə görə dabanı kobud görünən çəkmələr bu il olduqca dəblidir. Bu ayaqqabını idman şalvarının altından geyinsəniz olduqca cəlbedici görüntü əldə edəcəksiniz.
Balon qollu koftalar
-Çiyinləri kifayət qədər geniş göstərən bu modellər, 2020-ci ildə olduğu kimi, 2021-də də görünüb.
Dəri üst geyimləri
-Bir zamanlar əvəzolunmaz olan dəri paltarlar geri qayıdıb. Bunları sport ayaqqabı ilə uyğunlaşdırmaq sizi çox dəbli göstərəcək.
Yazılı kəmərlər
-Son zamanlarda çox rast gəldiyimiz yazılı kəmərlərdən şalvarınızda diqqət çəkmək və ya stilinizi tamamlamaq üçün istifadə edə bilərsiniz.
Beli aşağı şalvar
-Xarici məşhurlardan gördüyünüz kimi aşağı bel şalvar geri dönməyə başlayıb. Həyatımıza yavaş-yavaş daxil olan bu model keçmişdə çox üstünlük verilən şalvar modelləri arasında yer alırdı.
Ayşən Sadıxzadə