Qusarda şəhid ailələri ziyarət edilir FOTOLAR

18 Mart 2021 17:54 (UTC+04:00)

YAP Qusar rayon təşkilatının nümayəndələri Novuz bayramı ərəfəsində humanitar aksiyanı davam etdirir. SİA-nın verdiyi məlumata görə, YAP Qusar rayon təşkilatının Aparat rəhbəri Kamil Sultanov və təşkilatın İdarə heyətinin üzvü, rayon suvarma sistemləri idarəsinin rəisi Məzahir Əzizov 18 mart tarixində Vətən müharibəsinin şəhidi Şirinov Vüsal Novruz oğlunun ailəsini yaşadıqları Ləgərqışlaq kəndində ziyarət edib və ailənin qayğıları, problemləri ilə maraqlanıb. Təşkilatın nümayəndələri şəhid ailəsini narahat edən problemlərin həlli üçün lazımi köməklik göstəriləcəyini bildirib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi zamanı şücaət göstərmiş Azərbaycan Ordusunun əsgəri Vüsal Şirinov "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid ailəsinə Novruz bayramı sovqatları təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI