Sabirabad rayonunda birmərtəbəli evdə yanğın olub

17 Mart 2021 08:47 (UTC+04:00)

Sabirabad rayonunun Qəzli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin qamışdan ibarət arakəsmə divarı 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.