Dünyanın ən qədim və ən dərin gölü Baykal... FOTOLAR

15 Mart 2021 16:17 (UTC+04:00)

Baykal gölü, Rusiyanın ucqar ərazilərində, Sibirdə yerləşən təbii bir möcüzədir. Dünyanın ən qədim və ən dərin gölü olan Baykal qış aylarında tamamilə donur. Türklərin tarix səhnəsinə çıxdığı ilk yerlərdən biri olan bu gölün belə bir yanı var. SİA-nın verdiyi məlumata görə, Baykal gölü, Sibir coğrafiyasında yerləşir. 30 milyon il əvvəl əmələ gəlib və dünyaya məlum olan ən qədim göldür. Həmçinin, Baykalın başqa bir cəhəti də dünyanın ən dərin gölü olmasıdır. Göl dünya içməli su ehtiyatlarının təqribən 20 faizinə sahibdir. Sibirin ən soyuq yerlərindən birində yerləşir və ilin çox hissəsini buzlu örtüklə keçirir. Dünyanın ən uzun qatar xəttlərindən biri olan Trans-Sibir də Baykal gölünün bənzərsiz mənzərəsinin yanındadır. Uzunluğu 635 kilometr olan Baykal gölünün eni təqribən 80 kilometrdir. Dərinliyi isə 1285 metrə çatır. Baykal gölü həm də türk tarixində əhəmiyyətli yerə sahibdir. Qədim mənbələrə görə bu yer türklərin tarix səhnəsinə ilk çıxdığı yerlərdən biridir.

Bu gün fərqli türk tayfaları bu bölgədə yaşayır. Buradakı ən əhəmiyyətli gəlir mənbəyi balıqçılıqdır. Xüsusilə qışda vəziyyət daha da çətin olur. Baykal gölü son illərdə fotoqrafların da diqqətini çəkib. Dünyanın hər yerindən bir çox fotoqraflar gəlib gölün cazibədar təbiətini çəkib.

Ayşən Sadıxzadə