Yəqin, siz rus fantastik yazıçısı Aleksandr Belyayevin "Professor Doulun başı" romanını oxumusunuz. Təbii ki, mənə görə, elə də böyük bir sənət əsəri olmasa da, hər halda romanı oxuduqdan sonra, nədənsə məndə yazılanların nə vaxtsa reallaşa biləcəyinə ümid oyanmışdı. Xatırladım ki, mən həmin əsəri 70-c illərdə oxumuşam.
SİA bəzi xarici mənbələrə istinad edib.
Bu gün dünyada ilk dəfə canlı bir meymunun üzərində baş transplantasiyasını uğurla həyata keçirən amerika neyrocərrah Robert Uayt hazırda insan başının köçürülməsi və şüurun bir bədəndən digər bədənə köçürülməsi fikri ilə məşğuldur. Maraqlıdır, doğrudanmı, insanın başı ilə birgə həmin başda olan şüurü da digər bədənə köçürmək olar? Qeyd edək ki, beyin köçürülməsinin hazırda nəzəri cəhətdən mümkün olduğunu söyləyən amerikalı alim, ancaq buna bir neçə maneə olduğunu da gizlətmir.
"Baş transplantasiyası nəzəri cəhətdən olduqca realdır, lakin bir insan üçün elə də yaxşı başa çatmayacaq". Bunu isə baş transplantasiyası ilə bağlı məqalələri son zamanlar kitab halına gətirən, tibb tarixçisi Brendi Şille bildirir.
Qeyd edək ki, o da, neyrocərrah Robert Uayt kimi bu mürəkkəb əməliyyat zamanı ortaya çıxacaq problemlərdən danışıb. Onun sözlərinə görə, beyni birindən digərinə daşımaq bu gün nəzəri cəhətdən mümkün olsa da, ancaq bunun ciddi maneələri var. Uaytın yüzlərlə oxşar əməliyyatlar etdiyini və hətta meymunlarda baş nəqli edərək metodu yaxşılaşdırdığını söyləyən Şille alimin heyvanların beyninə qan axını təmin etmək üçün bir yol tapmağı bacardını da bildirir.
Belə görünür ki, bir başın əkilməsi, prinsipcə, elə də çətin bir prosses deyil. Şilleyə görə, həkimlər bunu edə bilsə də, yalnız bu cür əməliyyatlar üçün müvəffəqiyyət nisbəti çox aşağıdır.
Əslində, Şillenin dedikləri həqiqətdir. Doğrudur, Uayt ilk təcrübəni meymunlar üzərində apardı. Lakin bu təcrübə elə də bir effekt vermədi. Belə ki, transplantasiyadan, yəni meymunun başı dəyişdiriləndən sonra, heyvan yeni bədəninə nəzarət edə bilmir.
Əslində, əgər insanın başı kəsilərsə, bu halda onun onurğa beyni də kəsilməlidir . Bu halda, yəni insan orqanını bəsləyə bilən bütün qan damarlarının bağlanmasından sonra insan, doğrudanmı, canlı və şüurlu qala bilər?
Ağasəf Babayev