Tünzalə Ağayeva elə dəyişildi ki... FOTO

15 Mart 2021 09:17 (UTC+04:00)

Xalq artisti Tünzalə Ağayeva görünüşündə dəyişiklik edib. SİA-nın məlumatına görə, ifaçı sarı saçlarını tünd rəngə boyatdırıb və qısaldıb.

Bu haqda sənətçinin özü məlumat verib. Belə ki, o, sosial media hesabında yeni imicdə olan şəklini yayımlayıb və bu sözləri əlavə edib: "Bir dönəm bitir, yeni bir dönəm başlayır, yeni ideyalar və s...

Stilist Anar Ağakişiyevanın israrı ilə yenidən dəyişdim. Anar, yenə edəcəyini etdin".