Dünyanın ən gənc kralı Ciqme Xesar evlənmək qərarına
gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kralın toyu
oktyabr ayında reallaşacaq.
Ancaq kralın kimlə evlənəcəyi barəsində hələ dəqiq məlumat yoxdur.
Məlumat üçün bildirək ki, Ciqme Xesar 1980-ci ildə anadan olub və Oksford
Universitetində təhsil alıb.O 2008-ci ildə dünyada ən cavan kral statusu
alıb.
Qeyd edək ki, cari ilin aprelin 29-da Britaniyalı şahzadə Villiam və Katerina Midlton
ailə həyatı qurublar. Bununla yanaşı, iyul ayında həmçinin Monako şahzadəsi II Albert cənubi afrikalı üzgüçü Şarlen Uitstokla
evlənəcək.