Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunmuş onlayn formatda konserti keçirilib. SİA-nın məlumatına görə, konsert TÜRKSOY-un və Türkmənistan Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırılıb.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə yanaşı, digər türkdilli xalqların orkestrləri maraqlı proqramla çıxış ediblər. Orkestrimizin ifasında səslənən türkmən xalq mahnısı “Bibican” mahnısının özünəməxsus koloritlə səsləndirildiyinə görə Türkmənistan Mədəniyyət Nazirliyi kollektivə, eləcə də bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayevə və kollektivin direktoru Əməkdar mədəniyyət işçisi Elçin Abbasova təşəkkür edib.