Ötən il bir çox filmlər çəkilib

13 Mart 2021 13:45 (UTC+04:00)

Ötən il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Sizə məktub var”, “Titrəmə” qısametrajlı bədii filmlərinin, “Anamın kitabı” adlı 12 seriyalı bədii filmin, “Bizim Həsən müəllim” sənədli filminin çəkilişləri başa çatdırılıb. SİA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir.

Bundan əlavə, ötən il “Salnaməfilm” studiyasında “Mirzə Cəlilin Azərbaycanı”, “Ləzgilər”, “Ada” sənədli filmlərinin, eləcə də “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 4 sənədli filmin çəkilişi yekunlaşıb. “Debüt” studiyasında “Ailəvi şəkil” qısametrajlı bədii filminin, “Azanfilm” studiyasında “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiya filminin istehsalı başa çatdırılıb.