Müharibə igidliyin, kişiliyin ən böyük təcəssümüdür - (Qəhrəmanlıq dastanı)

12 Mart 2021 16:16 (UTC+04:00)

Emil Vəliyev: “Şuşa, bizim millətimizin qeyrət qalası olduğuna görə bu şəhərə girəndə, hamımız sevincdən ağlayırdıq. Torpağı ötürdük”.

... Emili məktəb illərindən tanıyıram. Onun atası rəhmətlik Fərman ailəsi ilə birlikdə Qazax rayonunun Birinci Şıxlı kəndindən Sumqayıta köçmüşdü və bu şəhərdə məskunlaşmışdılar. Emil, 1993- cü ildə Birinci Şıxlı kəndində anadan olsa da, təhsilini Sumqayıt şəhərindəki 5 nömrəli tam orta məktəbdə alıb. Emilin məktəbdə oxuduğu illərdən sözübütöv, qorxmaz, işgüzar olduğunu və liderlik xüsusiyyətlərini görmüşdüm. Atası Fərman kişi ağır xəstə olduğundan Emil, səkkizinci sinfi bitirəndən sonra, ailələrinə kömək etmək məqsədi ilə yeməkxanada işləyib, ailəyə pul gətirir və anasına da bu işdə köməklik edirdi. Əfsus ki, Fərman cavan yaşında haqq dünyasına qovuşdu və oğlanları Emilin, İsmayılın boya-başa çatmasını görə bilmədi.

Emil 2011- ci ildə ordu sıralarına getdi. Quru qoşunlarında xidmət elədi. Əsgər kimi yaxşı xidmət etdiyinə görə, dəfələrlə komandirləri evlərinə təşəkkür məktubları göndərdilər. Emil Vəliyev ordu sıralarından qayıdandan sonra qiyabi orta təhsilini də davam etdirdi və 2014-cü ildən həm də N saylı hərbi hissədə müddətdən artıq çavuş kimi əmək fəaliyyətinə başladı. Burada da az bir vaxtda komandirlərinin rəğbətini qazandı. Onu hərbi tibb kursuna göndərdilər. Kursu bitirəndən sonra öz işini kiçik tibb işçisi kimi orduda davam etdirdi. Hər il müstəqillik günümüzlə bağlı Bakı şəhərində keçirilən hərbi paradda Emil Vəliyev ən yaxşı hərbçilərdən biri kimi xidmət etdiyi hərbi hissənin zabitləri, əsgərləri, çavuşları ilə birlikdə paraddan keçdi. Tez-tez komandirlərinin təşəkkürlərini aldı.

27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayan vaxtı Emil də xidmət etdiyi hərbi hissə ilə birlikdə müharibənin iştirakçısı oldu. Yaralı əsgər yoldaşlarını döyüş bölgələrindən çıxartdı və özü də yeri gələndə həmin qanlı döyüşlərdə iştirak elədi. Mən də 44 günlük müharibə gedən vaxtı bütün rəşadətli, igid əsgərlərimizin apardığı döyüşü izlədikcə, Emil Vəliyevlə də imkan düşdükcə əlaqə saxlayırdım. Onun da bir igid əsgər kimi şücaətindən, qəhrəmanlığından qürur duyurdum. Əvvəllər, yeniyetmə cavan oğlan kimi baxdığım Emil, döyüşlər getdikcə, artıq igid bir döyüşçü, torpağımızı qoruyan cəngavər kimi gözlərim qarşısında daha da böyüyürdü... Ona döyüşlərdəki igidliyinə görə medal veriləndə mən də çox sevindim...

Vətən Müharibəsindəki böyük qələbəmizdən sonra Emil Vəliyevin xidmət etdiyi hərbi hissə Qarabağda qaldı və torpaqlarımızı yağı düşməndən qorumaq üçün bu gün də düşmən gavurlarla üz-üzə dayanıb və torpaqlarımızı göz bəbəyi kimi qoruyur igid əsgərlərimiz.

Emilin, Qarabağ döyüşlərindəki böyük igidliyinə görə ona bir həftəlik məzuniyyət vermişdilər və o, evlərinə gəlmişdi. Həmin vaxtı mən də onunla görüşdüm. Elə ilk baxışda Emilin 44 günlük müharibədə keçdiyi döyüş yolunda necə bərkidiyini, yüksək səbrə malik olduğunu artıq, danışığında, düşüncəsində yaşından on- on beşyaş böyük insanlar kimi təfəkkürə malik olduğunu gördüm. Belə qərara gəldim ki, Emil Fərman oğlu Vəliyevi və onun cəbhə yoldaşlarının keçdiyi qanlı döyüşlərlə, onların igidlikləri və qəhrəmanlıq dastanı ilə çoxminli oxucularımızı daha yaxından tanış eləyim. Axı biz, hələ bundan sonra Vətən Müharibəsində döyüşən əsgərlərimiz haqqında çox yazmalı və onların şücaətini yazılı formada gələcək nəsillər üçün saxlamalıyıq.

-Qarabağda Vətən Müharibəsi başlayanda sizin hərbi hissə arxa cəbhədə idi. Amma müharibə başlayanda sizin hərbi hissəni də döyüş bölgəsinə apardılar. Döyüşə qatıldığın ilk günlərdən, ilk döyüşlərdən səndə hansı təəssüratlar yarandı?

-Biz Qarabağa çatan kimi ilk gündən Füzuli şəhərinin döyüşlərinə qatıldıq. Çünki artıq, döyüşlərə qədər çoxlu təlimlər keçmişdik və döyüşə hazır idik. Bu döyüş həqiqətən də çox çətin döyüş idi. Çünki erməni gavurları orada çox möhtəşəm səngərlər qurmuşdular. Həmin səngərləri almaq çox çətin idi. Hava yağışlı və soyuq olduğundan döyüşmək ağır olurdu. Amma bizdə böyük inam və qorxmazlıq vardı ki, erməni faşistlərini tezliklə Füzulidən çıxaracağıq. Çünki generallarımız, komandirlərimiz özləri döyüşə qabaqda getməklə, hamını bu döyüşə ruhlandırırdılar. Yaxşı mənada hamımızın gözünü qan tutmuşdu. Həm də Suqovuşan alınandan sonra ermənilərin öz orduları haqqında yaratdıqları mif , güclü ordu olmaları haqqındakı yalanları üzə çıxmışdı. Biz tam başa düşürdük ki, onların nə güclü texnikası, nə də döyüşən ordusu var. Həm də onlar özgə torpağında, biz isə öz torpağımızda vuruşurduq. Torpaq özü də bizə güc, qüvvət verirdi. Ona görə də hamımız var qüvvəmizlə döyüşürdük. Dronlar və başqa texnika ilə ermənilərin səngərləri, silah-sursatları ordumuz tərəfindən darmadağın olunurdu. Özləri də dəstə ilə ya ölürdülər, ya da əsir düşürdülər. Biz tez bir vaxtda Füzuli şəhərini azad elədik. Füzuli şəhəri azad olunanda komandirlərimiz başda olmaqla hamımız sevinirdik. Hətta çoxumuz sevincdən ağlayırdıq. Ən əsası da bilirdik ki, başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, bütövlükdə xalqımız bizim arxamızdadır. Bizə ümid çırağı kimi baxırlar. Komandirlərimiz də bizə özlərinin doğma övladı kimi baxırdı. Füzuli rəşadətli ordumuz tərəfindən alandan sonra gördük ki, erməni faşistləri 30 ildə şəhəri xaraba günə qoyublar. Evlərin daşlarını belə daşıyıb aparmışdılar. Üçrəngli bayrağımızı asmağa bir hündürmərtəbəli bina tapa bilmədik. O vandallar hətta qəbirstanlıqlarımızı da tam dağıtmışdılar. Bütün uca, hündür ağacları kəsmişdilər. Yaralı torpağımız haray çəkirdi. Bax, bundan sonra ermənilərə nifrətimiz daha da artdı. Axı özünü insan adlandıran heç vaxt bu vəhşiliyi etməzdi...

Birinci Qarabağ savaşından Xocalı, Ağdaban, Malıbəyli, Qaradağlı və başqa yerlərdə ermənilərin törtədiyi qətliamlar, soyqırımlar da bizim yadımızda idi. Məktəbdə oxuyanda bütün bunları bizə müəllimlərimiz demişdilər və biz televizordan da görmüşdük. Bu vəhşilikləri ilə onlar bizi döyüşlərə və onlara qarşı nifrətə səfərbər eləmişdilər. Deməli, daha düşmənə aman vermək olmazdı. Bütün bunların qisasını onlardan almalıydıq. Hamımız da buna köklənmişdik. Füzulini erməni gavurlarından təmizləyəndən sonra döyüşümüzü Yuxarı Ayıbasanlıda və Aşağı Ayıbasanlıda davam etdirdik. Orada da ermənilərin çoxlu qüvvəsi və texnikası toplaşmışdı. Bunu da bizə əvvəlcədən xəbər vermişdilər. Ona görə də səfərbərliyimiz və özümüzə inam çox böyük idi. Orada da çox böyük döyüşlər getdi. Biz çalışırdıq ki, canlı əsgər itkisi vermədən irəliləyək. Ən əsası da döyüş vaxtı elə bil ki, hamı bir-birini yarı sözdən başa düşürdü. Bəzən kimsə yaralanırdısa, biz təcili həmin əsgəri döyüş bölgəsindən çıxarıb, arxaya gətirirdik. Yüngül yaralılar, tibbi müalicə alandan sonra yenidən döyüşə girirdilər. Çox ağır olanları isə hərbi hospitala aparırdılar. Amma bəzən ağır yaralı da öz döyüş yoldaşlarını qoyub getmək istəmirdi. Bax, bu döyüşlər bizi bir-birimizə belə möhkəm yaxınlaşdırmışdı. Sizə bir həqiqəti deyim ki, biz öz torpağımız uğrunda döyüşdüyümüzə görə, bizdə inam çox böyük idi. Torpaqları geri alandan sonra, hər birimiz bir ovuc torpaq götürüb, onu sevinc göz yaşları ilə öpürdük. Mən və cəbhə yoldaşlarım bir daha Vətənin böyüklüyünü, müqəddəsliyini həmin döyüş vaxtlarında daha çox hiss elədik. Elə bil torpaq özü də bizimlə danışırdı və deyirdi: “Övladlarım. Axır ki, harayımı eşidib, gəlib məni yağı düşməndən azad elədiniz”. Biz, o harayı eşidirdik...

-Sonra döyüşləriniz harada oldu?

-Aşağı və Yuxarı Ayıbasanlını erməni faşistlərindən təmizləyəndən sonra biz Yağvələndə və Xocavənd istiqamətinə getdik. Xocavənddə də ermənilər çox böyük texnika yığmışdılar. Onlar başa düşürdülər ki, biz bu yerləri alandan sonra dayanmayacayıq və Şuşaya doğru gedəcəyik. Ona görə də nə qədər odlu silahları varsa, ondan istifadə etməklə bizim qabağımızı almaq istəyirdilər. Biz də artıq Füzuli şəhərindəki, Aşağı və Yuxarı Aybasanlıdakı qələbəmizdən və Yağvələnddəki böyük hücumumuzdan sonra daha da bərkimiş və qorxmaz olmuşduq. Bəlkə də bizə bu gücü, harayını eşitdiyimiz doğma torpağımız və arxa cəbhədə xalqımızın bizə olan çox böyük, doğma münasibəti idi. Ən əsası isə generallarımızın, komandirlərimizin özlərinin həmişə qabaqda olması və ən şiddətli döyüşlərdə belə ruhdan düşməməsi, onların özlərinin böyük igidlik göstərməsi bizə daha böyük ruh, inam verirdi. Axı inam, həyatın sərmayəsi və insanın söykənə biləcəyi ən böyük dağdır.

Xocavəndin Qayabulaq kəndinə biz gecə yarısı bir neçə tərəfdən hücum etdik. Düşmən bunu gözləmirdi. Ona görə də pərən-pərən düşdülər. Qorxularından qışqıra-qışqıra qaçırdılar. Biz də onlara aman vermirdik. Cəhənnəmə vasil edirdik. Sonra biz, Qırmızıbazar tərəfə hücuma keçdik ki, Şuşaya gedən yolu təmizləyək. Burada da ermənilərin çox böyük texnikasını və çoxlu canlı qüvvəsini məhv elədik. Artıq onlar başlarını itirmişdilər. Hətta ermənilərin yağlı dilinə aldanan, döyüşlərə muzdlu gələnlər də silahları atıb, Ermənistna qaçırdılar. Bütün yuxarıdakı döyüşlərdə biz həm çoxlu texnika və silah-sursat ələ keçirməklə birlikdə, çoxlu erməniləri də əsir götürdük. Qırmızıbazarda da ermənilər çoxlu canlı qüvvə və silah-sursat toplamışdılar. Həm də onlar heç cürə inana bilmirdilər ki, biz onların “alınmaz qala” adlandırdığı həmin yeri ala bilərik. Qırmızıbazarda 30 ildə qurulan istehkamlara, səngərlərə görə elə fikirləşirdilər ki, biz heç vaxt bu qalanı ala bilməyəcəyik. Burada ermənilərin canlı qüvvəsi bizdən qat-qat çox idi. Adam sayına görə qeyri-bərabər olan həmin döyüşdə biz qələbə çaldıq və artıq, Şuşaya yollar açıldı. Sonra bizi Cəbrayıla göndərdilər. Çünki orada erməni səngərlərini yarmaq bir qədər çətin idi. Biz oradakı ordumuza köməklik edib, Daşkəsən kəndini düşməndən azad elədik. Beləliklə, bütün cəbhə boyu ordumuz hücuma keçib, Cəbrayılı azad elədi. Sonra isə istiqamətimiz yenidən Şuşaya və Laçın rayonuna oldu. Şuşanın azad olunmasında biz də iştirak elədik. Laçının bir neçə kəndini azad elədik və sonra noyabr ayının 10-da müharibə qurtardı. Sonra da Laçın azad olunadan sonra bizi burada yerləşdiriblər. İndi düşmənlə üz-üzə olan ən axırıncı nöqtədəki sərhəddəyik. Vətənimizi göz bəbəyimiz kimi qoruyuruq. Biz artıq başa düşürük ki, Vətən ata və ana qədər insan üçün ən müqəddəs varlıqdır. Vətəni qorumaq, atanı, ananı qorumaq deməkdir. Axı hər şey Vətən torpağından başlayır. Atalarımız da Vətənə iman əsəri deyiblər.

-Emil, döyüş vaxtlarından daha nələr yadında qalıb? Hansı döyüş yoldaşlarının adını çəkə bilərsən ki, onlar böyük qəhrəmanlıq göstəriblər?

-Hamı yüksək səviyyədə döyüşürdü. Hamı bir yumruq kimi idi. Ona görə də döyüş yoldaşlarımı bir-birindən ayırmaq istəmirəm. Çünki Tabor komandirimiz mayor Əfqan Zeynalov özü igid döyüşçü və qorxmaz insan olduğuna görə, hamını da bu ruhda tərbiyə eləmişdi. Həmişə də döyüşdə özü qabaqda olur və heç bir əsgəri arasında fərq qoymurdu. Hamıya qayğısı, istəyi yüksək səviyyədə idi. Yuxarı Ayıbasanlıda iki zabitimiz - Xırdalandan leytenat Fərid Məmmədli və Bakı şəhərindən leytenat Siyavuş Muradov şəhid olanda, komandirimiz Əfqan Zeynalov özünə yer tapa bilmirdi. O, çox kövrəlmişdi. Yuxarı Ayıbasanlıdakı döyüşümüz vaxtı erməni tərəfi daha güclü idi. Çünki onların canlı qüvvəsi və texnikası çox idi. Həm də həmin yer meşəlik olduğuna və düşmənlərimiz bizdən yuxarıda mövqe tutduqlarına görə onların şəraiti daha əlverişli idi. Bir də onlar 30 ildə buranı işğal etdiklərindən ərazini yaxşı tanıyırdılar. Amma biz böyük inamla döyüşə girdiyimizə görə, cəmi iki şəhid verdik. Düşmənin isə 50-dən artıq əsgərini cəhənnəmə vasil elədik və çoxlu əsir götürdük. Aşağı Ayıbasanlıda da bir nəfər şəhid vermişdik. Zabit, baş leytenat Tərlan Atakişiyev. O, bizə könüllü gələnlərdən idi. İgid döyüşçü idi. Qayabulaqdakı döyüşlərdə də bir nəfər şəhidimiz oldu. Siyəzəndən Qardaşağa Cəbiyev xidmətdən əlavə gizir idi. Qardaşağa görüb ki, əsgərinin bronjileti yoxdur. Erməni tərəfdən güllə atılanda o, öz əsgərini qorumaq üçün onun üstünə atılmışdı ki, əsgərinə heç nə olmasın. Nə olsa, onun özünə olsun. Əsgər sağ qaldı və Qardaşağa qəhrəmancasına şəhid oldu. Biz bu qədər qanlı, çətin döyüşdə cəmi dörd şəhid verdik. Düşmənin isə yüzlərlə əsgərini cəhənnəmə vasil elədik. Çoxlu əsir götürdük. Bu qədər az şəhid verməyimiz də komandirimiz, mayor Əfqan Zeynalovun şücaəti nəticəsində oldu. Çünki o, hər bir döyüşdən qabaq kimin harada olacağını, kimin-kimə köməklik edəcəyini, döyüş taktikasını dəqiq seçməyi hamımıza dəfələrlə başa salırdı. Yuxarıda dediyim kimi, özü də döyüşə qabaqda gedirdi.Bununla da hamını döyüşə ruhlandırırdı. Ana torpaq da qalib əsgər kimi bizi öz qoynuna alıb, qoruyurdu.

-Bu 44 günlük müharibə sizin həyatınızda, yaddaşınızda necə qaldı?

-Açığı, bu müharibə elə bil ki, bizim həyatımızda və yaddaşımızda 44 il kimi qalıb. Çünki bu 44 günlük müharibədə bizim hər günümüz təkcə qanlı, ağır döyüşlər yox, həm də tarixi günlər kimi qalıb. Bir də hava şəraiti də çox pis idi. Hava tez-tez dəyişirdi. Yağışılı, qarlı hava döyüşləri istədiyimiz kimi aparmağa mane olurdu. Həm də düşmən artıq həmin yerləri yaxşı tanıyırdı. Hərbi texnikası da çox idi. Xaricdən də çoxlu muzdlu adamlar gətirmişdilər. Amma bizim inamımız, döyüş əzmimiz daha güclü idi. Hətta günlərlə yuxusuz qalırdıq. Bəzən yemək vaxtında gəlməsə də, hətta yeməyə vaxt olmasa da heç kim ruhdan düşmürdü. Hətta çiynimizdə 70-80 kiloqramlıq yük olurdu. Çox vaxt həmin yüklə döyüşə-döyüşə yüksəkliklərə qalxırdıq. Axı biz Vətənimizi düşməndən azad edirdik. Ən əsası isə sevinirdik ki, düşmənlər tərəfindən işğal olunmuş həmin yerlərə, Vətən torpağımıza 30 ildən sonra ilk dəfə məhz bizim ayaqlarımız dəyirdi. Ana torpaq bizi sevinclə öz qoynuna alırdı.Bundan böyük tarixi hadisə və fəxarət ola bilərdimi?

-Sizin Taborda çox adama medallar verilib? Sənə bu şücaətinə görə hansı mükafat verilib?

-Mükafat alanlarımız çoxdur. Hələ yenə də adları mükafatlara göndərilənlər də çoxdur. Sağ olsun Ali Baş Komandanımız, Müdafiə Nazirliyimiz, Korpus komandirlərimiz və Tabor komandirimiz mənim də əməyimi qiymətləndirdilər. Hərbi xidmətdə fərqləndiyimə görə məni üçüncü dərəcəli medalla təltif ediblər. Bir də axı biz medala görə vuruşmurduq. Azərbaycan ordusu üçün ən böyük şərəf xalqın rəğbətini qazanmaq idi. Biz onu qazandıq. Biz həm də Vətənimizin qədim torpaqları olan Qarabağımızı yağı düşməndən azad etmək üçün, başqa millətlərin yanında başımızı həmişə dik tutub gəzmək üçün vuruşurduq. Axı bizim xalq həmişə öz torpaqlarını yadellilərdən azad etmək üçün vuruşub. Görün, millətimizin tarixlər boyu nə qədər sərkərdələri olub? Tomris, Şah İsmayıl, Nadir şah, Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Cavad xan, Həzi Aslanov... Yüzlərlə belə qəhrəman insanlarımızın adını saya bilərik. Elə Birinci və İkinci Qarabağ savaşında da bizim necə qəhrəman igidlərimiz, döyüşkən oğullarımız olub. Biz, onlarla belə igidlərimizin, sərkərdələrimizin adını çəkə bilərik.

-Müharibə dövründə olan dostluğunuz bu gün də davam eləyirmi?

-İndi əvvəlkindən daha çox davam eləyir. İndi hamı bir-biri ilə daha mehribandır. Aramızda böyük səfərbərlik var. Heç birimizdə də düşməndən qorxu deyilən bir şey yoxdur. Bilirik ki, indi düşmən bizdən tülkü kimi qorxur. Amma, atalarımız deyən kimi “it saxlayanın çomağı yanında olmalıdır”. Biz də düşməndən yeni bir namərdlik gözlədiyimizə görə hər an ayıq-sayıqığ və döyüşə hazırıq. Əgər Ali Baş Komandan əmr versə, biz müsəlləh əsgər kimi döyüşə hazır dayanmışıq.

-Şuşa alınanda və oradakı döyüşlərdə iştirak edən əsgər kimi hansı hissləri keçirdin?

-Onu sözlə demək çox çətindir. Şuşa bizim millətimizin qeyrət qalası olduğuna görə bu şəhərə girəndə hamımız sevincdən ağlayırdıq. Torpağı öpürdük. Üçrəngli bayrağımızın orada sancılmasını görəndə, sevincimizin həddi-hüdudu yox idi. Fikirləşirdik ki, biz bu möcüzəni necə reallaşdırdıq. Axı düşmənin heç cürə ağlına gələ bilməzdi ki, biz belə az bir vaxtın içərisində Şuşaya girə bilərik. Onları siçovul kimi qıra bilərik. Onlar bizim Şuşaya girdiyimizi görəndə, hətta bir-birini güllələyib, çoxu da silahlarını atıb, başılovlu Xankəndinə tərəf qaçırdılar. Bizə imkan verilsəyi, bir günə Xankəndini də düşmənlərdən təmizləyəcəydik.

-Müharibə dövründə siz, cəbhədə olan əsgərlər Ali Baş Komandanın qətiyyətini, gücünü hiss edirdinizmi?

-Bəli. Hər an hiss edirdik. Hətta torpaqlarımız düşməndən azad olunduqca və həmin yerlərin adları Ali Baş Komandanımız tərəfindən deyildikcə, bizə daha böyük inam və güc gəlirdi. Eləcə də arxa cəbhədən bizə çox böyük dəstək olunduğunu, çoxlu adamların ərzaq, isti paltar və hətta texnika, özlərinin sürdüyü maşına qədər gətirdiyini və həmin maşınları orduya hədiyyə verdiyini gördükcə, ürəyimiz dağa dönürdü. Belə olduqda necə inamsız döyüşmək olardı? Biz həm Ali Baş Komandanımızın və həm də xalqımızın inamını qıra bilməzdik. Buna bizim haqqımız yox idi. Hətta korpus komandirləri, qərargah rəisləri olan generalların bizimlə birlikdə döyüşə girməsi, qabaqda getməsi bizə daha böyük güc, ruh və qüvvət verirdi. Həmin vaxtı inanın ki, gözümüzdə heç bir qorxu olmurdu. İndi həmin generallar yenə də bizim yanımızdadırlar. Hər an onların dəstəyini, ata qayğısını, mehribanlığını görürük.

-Bəzi ağzıgöyçəklər deyirlər və yazırlar ki, artıq, müharibə qurtarandan sonra əsgərlərə daha kömək olmur. Belə şeylər varmı?

-Xeyr. Belə sözləri deyənlər və yazanlar düşmən dəyirmanına su tökənlərdir. İndi də bizə Azərbaycanın dövlət başçısı, generallarımız, komandirlərimiz əllərindən gələn köməklikləri eləyirlər. Heç bir problemimiz yoxdur. Hamımızın bircə arzusu var. Tezliklə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə erməni gavurlarından, separatçı qüvvələrdən təmizlənsin. Həmin yerlərdə də Azərbaycanın üçrəngli bayrağı dalğalansın. Qarabağın başqa yerlərinə necə ki, ilk ayaqları dəyənlər biz olmuşuq, o yerlərə də ilk dəfə biz gedək. Bu, bizim üçün çox böyük fəxarət olacaq. Mən, cəbhə bölgəsində olan əsgər kimi qətiyyətlə deyirəm ki, həmin günlər heç də uzaqda deyil. Təki müharibə dövründə olan milli birliyimizi qoruyub saxlaya bilək və düşmən dəyirmanına su tökən adamlara da inanmayaq. Ermənilər dəridən-qabıqdan çıxırlar ki, bizim aramızda yenə də artıq söz-söhbət olsun və onlar bundan istifadə eləsinlər. Amma biz, bir millət olaraq, düşmənin bu arzusunu gözündə qoymalıyıq. Qarabağın hər yerində üçrəngli bayrağımız dalağalananda düşmən tərəf özləri bir-birini qıracaqlar. Necə ki, indi Ermənistanda vətəndaş müharibəsi başlayıb. Belə deyirlər ki, “insanın pis əməlini unutmaq çətindir”. Biz də erməninin pis əməlini heç vaxt unutmamalıyıq. Həmişə yadımızda saxlamalıyıq ki, qonşumuz ermənilər murdar xislətlidirlər. Biz 1813 və 1828-ci illərdə torpağımızda bu bədbəxtlərə, nankorlara yer verdik ki, burada yaşasınlar. Onlar isə bu yaxşılığı tez unudan bir toplum oldular. Ona görə də həmişə özümüzü onlardan qorumalıyıq. Belə bədnam qonşularla bir yerdə yaşamaq üçün həmişə ayıq olmalıyıq. Bu da milli birliklə və silah gücünə ola bilər. Ermənilərin türkdilli xalqlara qarşı qəzəbi ağılsızlığın başlanğıcıdır. Bu ağılsızlıq da həmişə onlara bəla gətirəcək...

Tez-tez onlar həm özləri bir-birini qıracaq və həm də başqa millətlər tərəfindən qırılacaqlar.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi