Hadisənin 11167 minlik geyimi FOTOLAR

12 Mart 2021 16:26 (UTC+04:00)

Hər zaman dəbli geyimləri ilə gündəmi zəbt edən türkiyəli müğənni Hadisə yenə ənənəsinə sadiq qalıb. SİA-nın məlumatına görə, ifaçı sosial media hesabında yeni şəkillərini yayımlayıb. Onun bu paylaşımı müzakirələrə səbəb olub. Belə ki, izləyicilər onun blazerinin, şalvarının, ayaqqabısının qiyməti və markası ilə maraqlanıblar.

Bəlli olub ki, Hadisənin blazeri və şalvarı "Balmain" markasına aiddir. Onun blazerinin qiyməti 6961, şalvarı 3396 manatdır.

Ayaqqabısı isə "YSL" markasına məxsusdur. Qiyməti 810 manatdır.