Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaq

11 Mart 2021 15:50 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, sərgiyə 18 yaşdan yuxarı iştirakçıların Novruz bayramı ilə bağlı milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri qəbul olunur.

Mövzu ilə bağlı əsərlərin keyfiyyətli fotoşəklini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri, icra texnikası və qiymətini qeyd etməklə [email protected] elektron-poçt ünvanına göndərmək tələb olunur.

Əsərlərin qəbulu aprelin 17-dək aparılacaq.