Balakən rayonu ərazisində “Ford” markalı avtomobillə rayon sakini E.Abdullayev vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 10-da saat 22:00 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində kənd sakini S.Alqayev idarə etdiyi “Ford” markalı avtomobillə yolun hərəkət hissəsində at sürən Kortala kənd sakini E.Abdullayevi vurub. Nəticədə E.Abdullayev hadisə yerində ölüb.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.