Ədalət Şükürov məşhurlara hansı adları qoydu? VİDEO

10 Mart 2021 13:35 (UTC+04:00)

Əməkdar artist Ədalət Şükürov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramın formatına uyğun olaraq maraqlı açıqlamalar verib. Sənətçi aparıcının suallarına uyğun olaraq məşhur simları balıqların növünə bənzədib: "Məncə şou-biznesin su pərisi balığı müğənni Xatirə İslamdır. Çünki gözəl xanımdır, həm də mənim dostumdur.

Şou-biznesin balinası aşıq Əlidir, kilkə balıq isə müğənni Rüfət Axundovdur. Oksana ilan balığıdır. Xalq artisti Tünzalə Ağayeva qızıl balıqdır. Onu da qeyd edim ki, arzumdur ki, Tünzalə xanımla duet oxuyum. Müğənnilər İzzət Bağırov nərə, Xəyyam Nisanov isə çömçəquyruq balığıdır".