Su içməyin faydaları və zərərləri hansılardır? ARAŞDIRMA

9 Mart 2021 15:35 (UTC+04:00)

Yaşamaq üçün həyat boyu ehtiyacımız olan suyun faydalarını bilmək lazımdır. Ancaq bəzən insanlar su içməyi ehmal edir. İnsan bədəninin yüzdə 55-i ilə yüzdə 75-i sudan ibarətdir. SİA-nın verdiyi məlumata görə, aparılan araşdırmalara əsasən su içməyin kilo verməkdən-baş ağrısına, böyrək daşından-ruh halına qədər bir çox faydaları var.

Hər kəsin gün ərzində içməli olduğu suyun da miqdarı vardır. Yetkin bir qadın günlük 2,7 litr ərzində su istifadə etməlidir. Yetkin bir kişidə isə bu miqdar 3,7 litrdir. Körpələrin isə ilk 6 ayda ana südü, daha sonra qatı qida ilə birlikdə su ehtiyacları yaranır.

Su bütün orqanların və toxumaların çalışması üçün qan dövranını tənzimləyir. Ürək-damar sistemi, tənəffüs və həzm sistemi, reproduktiv sistemin, sinir sisteminin, böyrəyin, beyin və qaraciyərin düzgün işləməsi kifayət qədər su içilməsindən asılıdır. Eyni zamanda, su içmək qəbizliyə və yüksək təzyiqə də yaxşı təsir edir.

Su zehin gücünü qoruyur və bədəndən itirilən su yerinə qoyulmadıqda konsantrasiyon əskikliyi, refleksin ağırlaşmasını, qısamüddətli yaddaş problemləri, gərginlik və narahatlıq yarada bilər. Bunun qarşısını almaq üçün fəaliyyətiniz zamanı su içməyi unutmamalısınız. Su itkisi fiziksəl gücü və beyin gücünü də zəiflədir və susuzluq beyin toxumalarının kiçilməsinə səbəb ola bilər.

Su içmək baş ağrılarını azaldır. Bəzi vaxtlar baş ağrısı çəkirsinizmi? Bəs başınızın ağrısının səbəbi yetərli miqdarda su istifadə etməməyiniz ola bilərmi? Çünki araşdırmalar göstərir ki, baş ağrısının səbəblərindən biri bədənin susuz qalmasıdır. Həmçinin bu problem miqreni artıra bilər və ya miqren ağrısının daha uzun olmasına səbəb olacaq.

Böyrək sağlığı üçün faydalıdır: Su deyiləndə ağıla ilk gələn orqanlarımızdan biri olan böyrəklərimizin sağlığı da bu səbəblər arasındadır. Çünki yetərli miqdarda su içmək böyrəklərdəki zərərli maddələrin bədəndən xaric olmasına kömək edir. Eynilə araşdırmalar bir çox insanın həyatının müəyyən müddətində əziyyət çəkdiyi böyrək daşının da su içmək ilə əlaqəsi olduğunu ortaya qoyur.

Dəri quruluğuna da faydalı olan su miqdarı dəri nəmliyinin dəri quruluğunun çarəsi olmaqla yanaşı, sərtliyini və elastikliyinə də təsir edir. Əgər sızanaq, dəri quruluğu kimi problemləriniz varsa su içmək balansınızı gözdən keçirin.

Su içmək insanın çəkisini zəiflədir: Aparılan araşdırmalar göstərir ki, 10.500 ml su içmək, maddələr mübadiləsinin sürətini 30 faiz artırır. Maddələr mübadiləsi 10 dəqiqə içində başlayar və yarım saat ərzində maksimum səviyyəyə çatar.

Su içmək balansı düzgün olmazsa, susuzluq qəlbinizə və əzələlərinizə təsir edər

Xroniki susuzluq qanın həcminin azalmasına və qəlbin ritminin sürətlənməsinə səbəb olar. Aşağı qan həcmi qan təziqinin və qandakı oksigen miqdarının düşməsinə səbəb olar ki, bu zaman həyat təhlükəsi yaradar.

Susuzluq böyrəklərin vəzifəsini yerinə yetirməməsinə səbəb olur

Su balansını tənzimləmək böyrəklər üçün olduqca önəmlidir. Böyrəklərin funksiyalarını yetəri qədər gərçəkləşdirməsi və toksinlərin bədəndən atılması üçün su istifadəsinə diqqət edilməlidir. Xroniki susuzluq urolitiyaz adlanan sidik sistemində daş xəstəliyinə səbəb ola bilər. Araşdırmalar nəticəsində bəlli olur ki, su istifadəsinin artması urolitiyaz riskini azaltdığını göstərir. Bədəndəki maye əskikliyi, beyində büzüşməyə səbəb olacaq və bu proses də baş ağrısına gətirib çıxaracaq.