Paytaxtda mağaza qarət edildi

9 Mart 2021 14:35 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki mağazaların birindən 570 manat pul, 766 manat dəyərində tütün məmulatları və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb.