Avtomobillər toqquşdu: ölən və yaralılar var

9 Mart 2021 13:14 (UTC+04:00)

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 8-də saat 23 radələrində Tovuz şəhərində Aşağı Quşçu kənd sakini K.Paşayevin idarə etdiyi “Mercedes” və Tovuz şəhər sakini İ.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və 5 sərnişin xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən A.Niyazova orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.