Səlim Abbasovun anası vəfat etdi

9 Mart 2021 13:34 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Əməkdar artist Səlim Abbasovun anası Laləgül xanım xəstəxanalıq olmuşdu. SİA-nın məlumatına görə, musiqiçinin anası vəfat edib. Abbasovun anası şəkərli diabetdən əziyyət çəkirdi.

Qeyd edək ki, Səlimin atası 3 gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi.