Minurə Ağayeva: “Virusa yoluxmuş insanları xilas etməyə xidmət edirik”.

9 Mart 2021 13:05 (UTC+04:00)

COVİD-19 pandemiyası şəraitində ölkəmizdə əhalinin sağlamlığının qorunması, onların beynəlxalq standartlara uyğun tibbi yardımla təmin olunması hazırda həyata keçirilən dövlət siyasətinin prioritet vəzifələrindəndir. Bu vəzifələrdən irəli gələrək, Mərkəzi Gömrük Hospitalının da iş rejimi pandemiya xəstəxanasına uyğun olaraq dəyişdirilmişdir.

Hospitalın koronavirus xəstələrinin müalicəsi ilə bilavasitə məşğul olan şöbələri ilə yanaşı, fəaliyyəti vacib olan, burada görülən işləri tənzimləyən İnzibati idarəetmənin təşkili şöbəsi öz işini hazırda pandemiya dövrünün şəraitinə uyğunlaşdıraraq qurub. İnzibati idarəetmənin təşkili şöbəsinin rəhbəri Minurə Ağayeva 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika ve psixologiya fakültəsini bitirmişdir.

Minurə Ağayeva 2008-2011-ci illərdə dövlət tibb müəssisəsində Xəstə məsləhətçisi, 2012-2014-cü illərdə Mərkəzi Gömrük Hospitalında Xəstə xidmətləri şöbəsində çalışmış, 2014-cü ildən etibarən Hospitalın İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi kimi fəaliyyət göstərir. İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayevanın rəhbərliyi altında işləyən inspektor Minarə Qafarova və kargüzarlar: Zümrüd Quliyeva və Səfa Məmmədova da bu günlər iş rejimlərini pandemiya şəraitinə uyğunlaşdırıblar.

Onlar COVİD-19 xəstələrini müalicə etmək üçün Hospitala yeni həkimlər, o cümlədən infeksionistlər, tibb işçiləri cəlb edir. Hazırda şöbənin əməkdaşları koronavirus pandemiyası ilə mübarizəyə yeni işçilərin cəlb olunması, mübarizəyə cəlb olunmuş işçilərin növbə cədvəli üzrə davamiyyətinin təmin edilməsi, TƏBİB-ə müvafiq məlumatların göndərilməsi; işçilərin mütəmadi olaraq COVİD-19 testindən keçirilməsi işlərini həyata keçirirlər.

Şöbənin rəisi Minurə Ağayeva deyir: “Hospitalımız hazırda çətin və ağır günlərini yaşayır. Koronavirus xəstələrini qəbul etməyə başladığımız ilk gündən etibarən hamımız bir amala – virusa yoluxmuş insanları xilas etməyə xidmət edirik. Hazırda sağalıb evə buraxılan COVİD-19 xəstələrinin sayı günü-gündən artıb. Biz əminik ki, tezliklə bu mübarizədən qalib çıxacağıq”.

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118