Dərman preparatları aşkar edildi

9 Mart 2021 13:02 (UTC+04:00)

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, belə ki, Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına göyərti yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Renault" markalı yük avtomobili "Astara" gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.

Yük nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilən zaman dartıcıda şübhəli cizgilər müşahidə edilib.

Gömrük yoxlaması zamanı avtomobilin kabinasında - tavanın üzərində olan boşluqda gömrük nəzarətindən gizlədilən 1900 həb müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.