Səlimin anasının da vəziyyəti pisdir

9 Mart 2021 13:26 (UTC+04:00)

Əməkdar artist Səlim Abbasovun anası koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda skripkaçının özü xəbər verib. Üç gün əvvəl virusa yoluxan atası Vaqif Abbasovu itirən sənətçi anasının da vəziyyətinin ağırlaşdığını bildirib.

Səlim qeyd edib ki, anasını bir çox xəstəxana qəbul etməyib: "Atama heç cür kömək edə bilmədim. Dünən torpağa tapşırdıq. Anamın vəziyyəti ağırlaşdı. Hazırda onu Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirmişik".