"Yeddi Gözəl” adlı virtual sərgi təşkil edilib

9 Mart 2021 12:35 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib.

Qalereyadan SİA-ya bildirilib ki, 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə reallaşıb.

Sərgidə bir sıra rəssamın müxtəlif mövzulu əsərləri nümayiş edilir.