İmişlidə yanğın

9 Mart 2021 10:17 (UTC+04:00)

İmişli rayonunun Şahverdili kəndində ümumi sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları 4 m² sahədə və altına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.