"Neftçi" "Keşlə"ni məğlub edib, "Sabah"ın xal itkisi davam edir

8 Mart 2021 20:08 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Sumqayıt" "Sabah"ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün son qarşılaşmasına lider "Neftçi" "Keşlə"ni qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 19-cu tura sabah yekun vurulacaq.

8 mart (bazar ertəsi)

18:15. “Neftçi” – “Keşlə” - 3:1
Qollar: Namiq Ələsgərov, 6 (1:0), Ömər Buludov, 19 (2:0), Namiq Ələsgərov, 64-pen (3:0), Azər Salahlı, 82 (3:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
“ASK Arena”

16:00. “Sabah” – “Sumqayıt” - 1:1
Qollar: Təmkin Xəlilzadə, 34 (1:0), Camaləddin Xocaniyazov, 70 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
“Bank Respublika Arena”

9 mart (çərşənbə axşamı)

15:00.“Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu

17:15. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu

N Klublar O Q H M T-F X
1 Neftçi 19 12 3 4 26-19 39
2 Qarabağ 18 10 6 2 42-13 36
3 Zirə 18 7 8 3 23-18 29
4 Sumqayıt 19 6 7 6 21-22 25
5 Qəbələ 18 5 6 7 16-26 21
6 Səbail 18 4 5 9 18-28 17
7 Keşlə 19 3 7 9 18-30 16
8 Sabah 19 4 4 11 19-27 16

Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 13 qol
Mahir Emreli ("Qarabağ") - 12 qol
Filip Ozobiç ("Qarabağ") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol