Neftçi” PFK ilə "Otokoç Azərbaycan” MMC arasında tərəfdaşlıq haqqında razılıq əldə edilib

8 Mart 2021 18:53 (UTC+04:00)
Neftçi" Peşəkar Futbol Klubunu (PFK) dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. SİA xəbər verir ki, klubla beynəlxalq avtomobil kirayəsi şirkəti "AVIS"in ölkəmizdəki təmsilçisi "Otokoç Azərbaycan" MMC arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib və ilkin olaraq 1 illik müqaviləyə imza atılıb. Razılaşmaya əsasən, bu müddətdə qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. "Neftçi" PFK isə şirkətin "AVIS" markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunlarını və məşqlərini etdiyi meydança kənarlarında, sosial media səhifələrində, "Neftçi TV"də reklam edilməsini təmin edəcək və digər marketinq xidmətləri göstəriləcək.