8 Mart mitinqinə qadağa qoyuldu Madriddə

8 Mart 2021 15:46 (UTC+04:00)

İspaniya Konstitusiya Məhkəməsi, 8 mart tarixində Madriddə həmkarlar ittifaqları tərəfindən təşkil olunması planlanan mitinqlərin keçirilməsinə icazə verməyib. SİA xəbər verir ki, bu barədə sözügedən məhkəmənin mətbuat xidməti məlumat verib.
Keçən həftə səlahiyyətlilər, COVID-19 epidemiyası səbəbi ilə Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq Madrid Muxtar Birliyindəki bütün kütləvi mitinqləri və tədbirləri qadağan ediblər. Təşkilatçılar Madrid Ali Məhkəməsində bu qərara etiraz ediblər. Ölkənin iki ən böyük həmkarlar ittifaqı, İşçi Komissiyaları və İşçilərin Ümumi Birliyi Konstitusiya Məhkəməsinə şikayət edib.
Mətbuat xidmətindən bildirilib ki, məhkəmə onların baxılması üçün qəbul edib, lakin aksiyaların keçirilməsinə icazə verməyib. Təşkilatçılar isə bazar ertəsi axşamı ümumi bir aksiya keçirməkdə israr edirlər, insanları eyvanlara, pəncərələrə və qapılara feminist simvolları asmağa və yerli vaxtla 20.00-da eyvanlara çıxmağa çağırırlar.
Xatırladaq ki, Madrid mitinqlərin qadağan olunduğu yeganə İspan bölgəsi olub və digər muxtar icmaların səlahiyyətliləri də izdihamın qarşısını almağa çağırıb. Onu da qeyd edək ki, Madriddə COVID-19 infeksiyasının yayılması baxımından ölkədəki ən yüksək səviyyələrdən biri olaraq qalır, hər yerdə olduğundan daha çox yoluxma, xəstəlik, ölüm halları qeydə alınır.
Nəzərə çatdıraq ki, keçən il, 8 martda minlərlə adamın meydana çıxdığı mitinq epidemiyanın ən başlanğıcında, yüksək həyəcan siqnalı verilən zaman və sərt karantin tətbiq edilməsindən bir neçə gün əvvəl baş verib. COVID-19-un bölgədə sürətli yayılması vaxtında 2020-ci ildəki mitinqə İspaniya və Madrid səlahiyyətlilərinin nümayəndələri də qatılıb, bəziləri bunun nəticəsində virusa yoluxub, xəstələniblər.